21 C
Baku
Friday, September 27, 2024

“Paşinyan səhər bir şey, axşam isə başqa bir şey deyir”

“Diplomatik səylər konkret hədəflər güdməlidir, bunun əvəzinə səlahiyyətlilər səhər bir şey, günortadan sonra başqa və axşam başqa bir şey  söyləyirlər

Banker.az “Haqqın.az”a istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin keçmiş sədr müavini, Eduard Şarmazanov Golos Armenii ilə müsahibəsində deyib.

Keçmiş prezident Serj Sarkisyanın tərəfdaşlarından biri, siyasətçi E.Şarmazanov, hazırkı Ermənistan hökumətinin Qarabağ siyasətini kəskin tənqid edib .

Siyasətçi bildirib ki, “bir nəfər bütün məsələləri həll edə bilməz. Dövlət isə Serj Sarkisyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan, Edvard Nalbandyan, Seyran Ohanyan kimi şəxsiyyətlərin təcrübələrini və imkanlarını gözardı etməməlidir ”

“Səlahiyyətli şəxslər vəziyyəti real olaraq qiymətləndirməyə, dövlətin təhlükəsizliyini təmin etmək üçün bütün mənbələrdən istifadə etməyə və diplomatik sahədə fəal şəkildə hərəkət etməyə borcludurlar, amma təəssüf ki, bunu görmürəm” deyə E.Şarmazanov bildirib.

Son xəbərlər
Digər xəbərlər