Sentyabrda Azərbaycanda kredit qoyuluşlarının sahələr üzrə struktur hesabatına görə, inşaat və tikinti sektoruna kredit qoyuluşu 433 milyon 7 min təşkil edib.
Banker.az Mərkəzi Bankın aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53 milyon 400 min artım deməkdir.
Həmçinin hesabata əsasən, inşaat və tikinti sektoruna kreditlərin cəminin kredit qoyuluşunda xüsusi çəkisi 2.9% təşkil edib.