1 C
Baku
Saturday, December 14, 2024

Hiyləgər biznes gedişləri: Apple qoxusu

Məşhur şirkətlər uğur qazanmaq üçün daha hansı qeyri-standart gedişlərə əl atmırlarki?! Biznes öz riskləri, dəlisov ideyaları, gözlənilməz dönüşləri ilə kəskin sujetli film kimidir. Uğura can atan istənilən şirkətin özü haqqında məlumat vermək, satışların həcmini artırmaq və rəqiblərinə qalib gəlmək üçün çoxlu sayda üsulları vardır. Bu məqsədlə televiziyada reklam yerləşdirmək, şəhərin bütün reklam üçün ayrılmış məkanlarını zəbt etmək, yaxud daha orijinal bir gediş düşünmək mümkündür. Bəs hansı məşhur şirkətlər standart reklam gedişlərindən imtina edərək orijinal addım atmışlar: 

Apple şirlətinə məxsus kompüter, iPhone və digər məhsullarını alan müştərilərə bu yeni cihazların qoxusu yaxşı tanışdır. Şayiələrə görə bu xüsusi qoxu cihazların içərisindən gəlir. Lakin bəziləri belə hesab edir ki, əslində qoxu cihazın özündən deyil, onun qablaşdırıldığı qutudan gəlir. Plastmas iPhone aliminium MacBook-la eyni qoxuya sahibdir. Belə ki, bu qoxu sırf olaraq plastmas qoxusu deyil. Apple şirkəti bu taktikanı qəbul etmir. Lakin “Air Aroma” şirkəti karton, mürəkkəb və digər inqredientlərin birləşməsindən ibarət “Apple Mac” qoxusunu hazırlamışdır. Əgər özünüzə Mac kompüteri ala bilmirsinizsə, köhnə kompüterinizə bu qoxunu vurmaqla təsəlli tapa bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.