21.6 C
Baku
Monday, October 7, 2024

Peyklərimiz 30 ölkə üzrə 30.9 milyon dollar gəlir gətirib

Bu ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 30 ölkəsinə 30,9 milyon ABŞ dolları xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% çoxdur.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib. 2020-ci ilin sentyabr ayında isə “Azərkosmos” ASC dünyanın 11 ölkəsinə 522 min ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-sentyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ-dir.

Son xəbərlər
Digər xəbərlər