22.8 C
Baku
Monday, October 7, 2024

Vətəndaşlara sosial təminat üzrə 4 milyard 784 milyon manat vəsait ödənilib

0 ayda sosial təminat üzrə ötən ilin eyni dövrünə nisbətən 890,9 milyon manat çox olmaqla 4 milyard 784 milyon manat vəsait ödənilib.

 

Qurumdan verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-oktyabr aylarında ümumilikdə 2 milyon 610 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

 

Bu təminat növləri üzrə əhaliyə bu ilin 10 ayında ötən ilin eyni dövrünə nisbətən 22,9% və ya 890,9 milyon manat çox olmaqla  4 milyard 784 milyon manat ödənilib.

Son xəbərlər
Digər xəbərlər