Azərabaycanda sentyabrın 27-dən başlayan müharibədən sonra Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi kəskin artıb.
Banker.az bu barədə Fonda istinadən xəbər verir.
2 noyabr 2020-ci il tarixindən açıqlanan məlumata görə, 198.01 mln. manat, 11 mln. ABŞ dollar (18.69 mln. AZN), 165.6 min avro (0.33 mln. AZN), 5.06 mln. Rus rublu (1.09 mln. AZN), 1.29 mln. Böyük Britaniya funt sterlinqi (2.85 mln. AZN) və 496 min (0.1 mln. AZN) vəsait yığılıb.
Bu isə Azərbaycan Mərkəzi Bankının son günlərdə açıqladığı rəsmi məzənnəsi ilə manatla ifadədə təqribən 221 mln. Azərbaycan manatı olması deməkdir.