26 C
Baku
Tuesday, October 8, 2024

“Azeri Mining Group” şirkəti “AzerGold”dan 49 milyon manatlıq sifariş aldı

“AzerGold” QSC “Ağyoxuş və Mərəh qızıl filizi mədənlərində mədən partlatma və Çovdar Filiz Emalı sahəsinə süxur daşıma işlərinin satın alınması” üçün elan etdiyi tenderi yekunlaşdırıb.

Banker.az  xəbər verir ki, tenderin qalibi “Azeri Mining Group” MMC-dir.

Artıq “AzerGold” şirkəti “Azeri Mining Group” şirkətilə məbləği 49 milyon 26 min 640 manat olan müqavilə imzalayıb.

Bildirək ki, “Azeri Mining Group” şirkəti dağ-mədən işləri ilə məşğuldur. Bu şirkət Azərbaycanda 2018-ci ildə dövlət qeydiyyatına alınıb. “Azeri Mining Group” 10 min manat nizamnamə kapitalına malikdir və qanuni təmsilçisi İsrafil Cəlilovdur.

Son xəbərlər
Digər xəbərlər