21 C
Baku
Tuesday, October 8, 2024

Maliyyə bazarlarında ardıcıl olaraq iki gündür ki, yüksəliş müşahidə olunur

ABŞ-dakı prezident seçkiləri fonunda maliyyə bazarlarında ardıcıl olaraq iki gündür ki, yüksəliş müşahidə olunur.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

İnvestorlar prezidentlik yarışında namizədlərdən birinin qələbə çalmasından sonra, bütün diqqətin Covid-19 pandemiyasına qarşı mübarizə və bununla əlaqəli iqtisadi dəstəyə yönləndiriləcəyinə ümid edirlər. Ekspertlər qeyd edirlər ki, prezident seçkilərinin nəticələri nə olursa olsun, ABŞ-dakı siyasi qüvvələrin ümumi tarazlığını qorumaq şərti ilə səhm bazarı sürətlə bərpa olunacaq.

Verilən məlumata görə, ABŞ-ın üç əsas indeksi artıb: Dow – 2%, S&P 500 – 1,7%, Nasdaq – 1,9%. “Verdence Capital Advisors” investisiya şirkətinin portfel strategiyası direktoru Megan Horneman hesab edir ki, “investorlar qeyri-müəyyənliyi sevmirlər”.

“Seçkilərdə kimin qələbə qazanmasından asılı olmayaraq, öncəki səs-küyün, kampaniyanın və ritorikanın öhdəsindən gəlməyimiz bəzi investorlar üçün rahatlıqdır”, – mütəxəssis BBC-yə verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, Uoll-Stritin analitikləri demokrat Co Baydenin zəfər qazanacağını gözləyirlər. Belə ki, demokratların hakimiyyətə gəlməsi pandemiya dövründə iqtisadi dəstək almaq şanslarını artırır, yəni səhmlərin bahalaşmasına ümid verir. Lakin bank analitikləri uzunmüddətli perspektivdə bunun bir çox mənfi nəticələrə gətirib çıxara biləcəyini söyləyirlər.

Xatırladaq ki, 2016-cı ildə prezident seçkilərində Donald Trampın qalib gəlməsi maliyyə bazarlarına da təsir göstərmişdir.

Son xəbərlər
Digər xəbərlər