26 C
Baku
Tuesday, October 8, 2024

Təbrizə giriş-çıxış qadağan edilib

Pandemiya ilə əlaqədar Təbriz şəhərinə nəqliyyatın giriş-çıxışı qadağan edilib.

Şərqi Azərbaycan vilayətinin qubernatorunun siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlyar Rastqu dünəndən etibarən 4 gün ərzində Təbriz şəhərinə giriş-çıxış məhdudiyyətinin tətbiq olunduğunu açıqlayıb.

Ə. Rastqu vilayətin 10 şəhərində kəskin pandemiya şəraitinin hökm sürdüyünü vurğulayıb. O qeyd edib ki, Azərşəhr, Culfa, Çaroymaq, Əcəbşir, Marağa, Mərənd, Əhər, Şəbistər, Bunab və Miyana rayonlarında iki, üç və dördüncü peşə qruplarının fəaliyyətinə 10 gün müddətinə qadağa qoyulub: “Həmin dövrdə Təbriz şəhərində üç və dördüncü kateqoriya peşə qruplarına məhdudiyyətlər tətbiq olunacaq və bu məhdudiyyətlər Təbrizdə və digər şəhərlərdə uzadıla bilər”.

Onun sözlərinə görə, qanunu pozanların barəsində qanunvericiliyə uyğun tədbir götürüləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər