Erməni təcavüzü nəticəsində 91 mülki şəxs öldürülüb, 405 nəfər yaralanıb
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən “Banker.az”a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 91 mülki şəxs qətlə yetirilib, 405 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 500, çoxmənzilli yaşayış binalarının sayı 98, yaşayış evlərinin sayı isə 2734-dür.