20 C
Baku
Friday, November 1, 2024

Çexiya Ebola virusu ilə şantaj edilir

Naməlum şəxslər Çexiyanı şantaj edərək ictimai yerlərdə Ebola virusunu yayacaqlarını bildirirlər.  Bu haqda məlumatı respublika polis idarəsinin prezidentinin sədri Zdenek Laube bu məsələ ilə bağlı təşkil edilmiş mətbuat kobfransında bildirmişdir. O demişdir: “Naməlum şəxslər Çexiyanın ictimai yerlərində Ebola virusunu yayacaqları ilə bağlı bizi təhdid edirlər”. Polis hələ ki məlumatın hansı yolla alındığını və arxasında kimlərin dayandığını aşkar etməmişdir.Bununla yanaşı, Laube-nin sözlərinə görə əldə edilmiş məlumatı ciddi qəbul etmək lazımdır.

TV Nova-nın verdiyi məlumata görə, şantajçılar çex hökumətindənn 1 milyon avro ödəniş tələb edir. Qeyd edək ki, bu günə qədər Çexiyada Ebola virusu ilə yoluxma halı qeydə alınmamışdır. Son ay ərzində 5 nəfər virus əlamətləri ilə xəstəxanaya yerləşdirilsələr də, aparılan təhlillərdən sonra bu əlamətlərin başqa xəstəliklərə aid olduğu aşkar edilir.

Son xəbərlər
Digər xəbərlər