21 C
Baku
Tuesday, October 8, 2024

“Yelo Bank”a yeni HR direktoru təyin edilib

“Yelo Bank”ın İnsan Resurslarının İdarəedilməsi (İR və ya HR) Departamentinə yeni direktor təyin olunub.

Bankdan Banker.az-a verilən xəbərə görə, bu, Nigar İbadzadədir.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Dövlət idarəedilməsi ixtisası üzrə bitirən Nigar, karyerasına elə həmin il AGBank`da insan resursları üzrə mütəxəssis kimi başlayıb. Burada İnsan resursları departamentinin baş mütəxəssisi vəzifəsinədək yüksələrək, öz vəzifələri ilə yanaşı departamentin direktoru vəzifələrini də icra edib. 2013-cü ildən etibarən “British American Tobacco” şirkətində  Qafqaz regionu üzrə HR Biznes tərəfdaş vəzifəsində çalışıb və paralel olaraq 2018-ci ilədək həmin departmentin rəhbəri vəzifələrini icra edib. Son illərdə isə şəxsi biznesi ilə məşğul olub və biznes ledi olaraq böyük uğurlar əldə edib.

“Nigar, İnsan Resursları üzrə beynəlxalq dərəcəli sertifikata malik menecerdir. Əminik ki, Nigar öz təcrübə və nailiyyətləri sayəsində Yelonun məqsəd və hədəflərinə çatmasında əvəzsiz rol oynayacaq”- deyə Bankın mətbuat xidməti bildirir.

Son xəbərlər
Digər xəbərlər