Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə “Kür-Araz Şirkəti” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği 6 milyon 691 min 350 manatdır.
Qeyd edək ki, “Kür-Araz Şirkəti” MMC 2004-cü ildən fəaliyyət göstərir. Bu şirkətin nizamnamə kapitalıl 2 012 manatdır və qanuni təmsilçisi Pərviz Məmmədovdur.
“Kür-Araz Şirkəti” MMC Sabirabad rayonu, Sabirabad şəhəri, H.Ağayev, ev 1 ünvanında yerləşir.