1 dekabr 2020-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
Banker.az xəbər verir ki, satışda ümumilikdə 8 avtomobil olacaq.
Milli Məclisinin İşlər İdarəsinin balansında olan “Nissan Maxima” markalı nəqliyyat vasitəsi 5 600 manata təkrar hərraca çıxarılır.
Bundan başqa, Azərbaycan Respublikasının Baş Prokurorluğu balansında olan nəqliyyat vasitələri (“Volkswagen Passat” markalı 2 nəqliyyat vasitəsi və “Nissan Maxima”) satışda olacaq.
Bundan əlavə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin balansında olan nəqliyyat vasitəsi (“Nissan Maxima”) 3 750 manata təklif olunacaq.
Qeyd: 1-ci sətirdə Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.
2-ci sətirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar cəmiyyətinin balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.
3-cü sətirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.
4-6-cı sətirdə Azərbaycan Respublikası Baş Prokurorluğun balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
7-ci sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
8-ci sətirdə Suraxanı Rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.