21 C
Baku
Tuesday, October 8, 2024

Mərkəzi Bankın notları 14 bank üçün kəskin maraq yaratdı: tələb təklifi 4.3 dəfə çox üstələdi

4 noyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) (№:501000486S) 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Banker.az BFB-ya istinadən bildirir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 99.4974  (6.49%) və 99.5351 (6.01%) olan 25 sifariş təqdim edilmişdir.

AMB-nin qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar (hazırda 26 bank var) çıxış edə bilər.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 877,278,700 manat olmuşdur. Bu isə təklifin tələbi 4.35 dəfə üstələməsi anlamına gəlir.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351  (6.01%), orta ölçülmüş qiyməti is 99.5351 (6.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200,000,000.00 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 2 dekabr 2020-ci ildir.

İzah:

Məsələn, bir bank 10 000 ədəd bu notdan əldə edir, bunun üçün isə 994 974 manat xərci çıxır. Lakin 28 gün sonra notlar üzrə cəmi 5 026 manat vəsait qazanmalı olur.

Son xəbərlər
Digər xəbərlər