2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib.
Göstərilib ki, 2020-ci ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 462,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2020-ci ilin sentyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 33 milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 6 faiz artıb.
2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 sentyabr tarixinə kimi (45 ay ərzində) Azexport.az portalına dünyanın 142 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 47 milyon ABŞ dolları təşkil edib.