21 C
Baku
Wednesday, October 9, 2024

Dövlət Neft Fondu $3.3 milyard gəlir əldə edib

Azərbaycan suveren fondu Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə ümumi 3 milyard 333 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Dövlət Neft Fondundan Banker.az verilən məlumata əsasən, Fond ilk 10 ay ərzində Azəri-Çıraq-Günəşli yatağından 3 milyard 57 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Həmçinin, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində Şahdəniz qaz və kondensat yatağından əldə edilən gəlirin həcmi 276 milyon ABŞ dolları olub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 205 milyon ABŞ dollarını təşkil edib.

Son xəbərlər
Digər xəbərlər