20 C
Baku
Wednesday, October 9, 2024

“Akkord”a daxil olan iki şirkət birləşdirilib

“Ak­kord Asfalt” Məhdud Məsuliyyətli Cəmiyyət “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya­sı” Açıq Səhmdar Cəmiyyətinə qoşulur.

Banker.az xəbər verir ki, 2014-cü il noyabrın 28-də Azərbaycan Respubli­kası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kom­mersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış “Ak­kord Asfalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya­sı” Açıq Səhmdar Cəmiyyətinə qoşulması elan edilir.

“Akkord Asfalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün hüquq və vəzifələri (öhdəlikləri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.2-ci maddəsinə əsasən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə keçir.

“Ak­kord Asfalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün kreditorları öz tələblərini “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə (Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1937-ci məhəllə, əlaqə telefonu- (012) 404 77 77) müraciət etməklə bildirməlidirlər.

Bildirək ki, “Ak­kord Asfalt” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 7 665 385 manatdır və qanuni təmsilçisi Anar Məmmədovdur.

Son xəbərlər
Digər xəbərlər