20 C
Baku
Wednesday, October 9, 2024

“SberBank” və “Mastercard” təmassız ödəniş sistemini işə salırlar – SberPay

Rusiyanın ən böyük bankı olan “SberBank”, “Mastercard”ın əməkdaşlığı ilə yeni SberPay təmassız ödəniş sistemini işə salır.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, SberPay-dan Android əməliyyat sistemi ilə işləyən və NFC funksiyasına malik olan smartfonlarda istifadə etmək mümkün olacaq.

“SberPay təmassız texnologiyaya əsaslanır və istifadəçilərə bir toxunuşla alış-veriş etmək imkanını verir. Bunun üçün telefonunuza “Sberbank Onlayn” tətbiqini yükləmək və şəxsi hesabınıza Mastercard bank kartınızı bağlamaq tələb olunur”, – relizdə deyilir.

Qeyd edək ki, təmassız ödəmə metodunu populyarlaşdırmaq üçün “SberBank” və “Mastercard” 2020-ci il 29 noyabr tarixinədək davam edəcək “Hər şey sizin əlinizdədir” adlı kampaniyaya start veriblər. Beləliklə, SberPay xidmətindən istifadə edən müştərilər SberSpasibo loyallıq proqramından əlavə bonuslar qazana biləcəklər, beş qalib isə 1 milyon bonus alacaq.

Son xəbərlər
Digər xəbərlər