18 C
Baku
Tuesday, April 30, 2024

Qafqazda ilk “Rolls-Royce” salonu Bakıda açıldı

Qiyməti 435 min manatdan başlayan avtomobillər.

Bu gün məşhur “Rolls-Royce” avtomobil markasının Qafqaz regionunda ilk olaraq Azərbaycanda rəsmi salonu açılıb.

Bakıda yerləşən yeni avtosalon – “Rolls-Royce Cars” şirkəti Azərbaycanda rəsmi dilleri və nümayəndəsi “İmprotex Motors” MMC-nin rəhbərliyi altında fəaliyyət göstərəcək.

Açılış mərasimində “RR Cars” şirkətinin baş icraçı direktoru Torsten Muller Otvos, “İmprotex Motors” şirkətinin baş direktoru Həsən İsmayılov, “RR Motors Cars Baku”nun brend meneceri Əziz Əlizadə, ictimai xadimlər, KİV nümayəndələri və qonaqlar iştirak edib.

Yeni açılmış salonda “Rolls-Royce”un 3 ən prestijli modeli təqdim olunub.

Onlardan biri kupe ban tipli, iki qapılı “Rolls-Royce Wraith”dır.

Avtomobil 624 güclü 12 silindirli mühərriklə təchiz olunub.

“Wraith”in maksimal sürəti 250 km/saat təşkil edir, 100-ə qədər sürətlənməsinə 4,5 saniyə sərf olunur. Qiyməti 435 000 manat təşkil edir.

Digər avtomobil “RR Phantom” 453 güclü 12 silindirli mühərriklə təchiz olunub.

“Phantom”un maksimal sürəti 240 km/saat təşkil edir, 100-ə qədər sürətlənməsinə 6,1 saniyə sərf olunur.

Bu avtomobilin qiyməti 535 000 AZN-dir.

Sonuncu model əfsanə “RR Ghost” – 6,7 litr mühərriyə sahib olan avtomobildir, maksimal sürəti 250 km/saat təşkil edir.

Avtomobilin qiyməti 455 000 AZN-dir.

Qeyd edək ki, “RR Ghost” modeli bu gün axşam keçiriləcək “Grand Opening” mərasimində təqdim olunacaq.

DSC_6072

DSC_6081

DSC_6103

DSC_6104

DSC_6112

DSC_6113

DSC_6116

DSC_6117

DSC_6133

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər