23 C
Baku
Wednesday, October 9, 2024

“WhatsApp” “yox olan mesajlar” funksiyasını təqdim edib

“WhatsApp” messenceri yeni “yox olan mesajlar” funksiyasını təqdim edib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, bu ay ərzində dünyanın hər yerindəki istifadəçilər üçün əlçatan olacaq.

“Biz söhbət otaqlarının mümkün qədər canlı ünsiyyətə yaxın olmasını istəyirik, bu o deməkdir ki, onları sonsuza qədər saxlamağa ehtiyac yoxdur”, – şirkət açıqlayıb. Qeyd edək ki, “yox olan mesajlar” funksiyası mesajların göndəriləndən yeddi gün sonra avtomatik olaraq silinməsini nəzərdə tutur.

Bildirilir ki, avtomatik silmə funksiyası “Instagram”da da var. Ümumiyyətlə, “yox olan mesajlar” ideyası artıq on ildir ki, istifadə edilir.

Son xəbərlər
Digər xəbərlər