12 C
Baku
Sunday, November 17, 2024

Bu il Bakıda maşın və avadanlıqların istehsalında azalma müşahidə olunub

Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların, sair nəqliyyat vasitələrinin istehsalı sahələrində 187,5 milyon manatlıq məhsul istehsal edilib.

Banker.az Bakı Şəhər Statistika İdarəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 27,6 faiz azalıb.

Bunun əksinə avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 9,4 faiz artmışdır.

Əvvəlki ilin yanvar- sentyabr aylarına nisbətən ştanqlı quyu nasoslarının istehsalı 39,1 faiz , odsöndürənlərin  istehsalı  80,9  faiz, fəvvarə armatur istehsalı 65,0 faiz, mancanaq dəzgahların istehsalı isə 62,9 faiz azalmışdır.

Son xəbərlər
Digər xəbərlər