20 C
Baku
Wednesday, October 9, 2024

Bakıda kimya məhsullarının istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakıda kimya sənayesi,  məmulatlarının istehsalı sahələrində 177 milyon 740 min manatlıq məhsul istehsal edilib.

Banker.az Bakı Şəhər Statistika İdarəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.6% artım deməkdir.

Hesabat dövründə rezin və plastik kütlə məmulatlarının istehsalında 63,2 faiz, əczaçılıq məhsullarının istehsalında isə 5,3 dəfə artım müşahidə olunub.

 

Son xəbərlər
Digər xəbərlər