Azərbaycan Respublikası Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xəzinə infrastrukturunun fəaliyyətini təmin etmək üçün pulsayan maşınların satın alınması üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir.
Banker.az xəbər verir ki, tender proseduru 08.12.2020-ci il saat 15:00-da dövlət satınalmalarının vahid internet Portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcəkdir.
Maraqlanan şəxslər tenderdə iştirak etmək üçün “ASAN Ödəniş” Sistemi vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 50 (əlli) manat məbləğində iştirak haqqı ödəməklə Portal vasitəsilə əsas şərtlər toplusunu əldə edə bilərlər.
İddiaçılar tender üzrə təklif və təklifin bank təminatlarını 08.12.2020-ci il saat 14:00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 26.11.2020-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.