2 C
Baku
Saturday, December 14, 2024

Elman Rüstəmov: “Hazırda banklarda yüksək likvidlik var”

R.Ziya. “İlin əvvəlindən bu günə qədər əhalinin banklara qoyduğu depozitlərdə 9 faiz artım baş verib”.

Bunu jurnalistlərə açıqlamasında, Azərbaycan Milli Bankının sədri Elman Rüstəmov deyib.

Son dövrlərdə isə hüquqi şəxslər tərəfindən qoyulan depozitlərdə artımın müşahidə edildiyini deyən E.Rüstəmov qeyd edib ki, ancaq bu artım bankların resurs bazasına təsir göstərmir: “Hazırda banklarda bu məsələdə yüksək likvitlik var. Bu da təbiidir, çünki, banklarda bu likvitlik 2 dəfədən yüksəkdir, yəni 30 faiz əvəzinə 60 faizdir. Bankların bu siyasəti də başa düşüləndir. Belə ki, bu banklar əvvəllər vəsaitlərini yerləşdirməkdə çətinlik çəkdikləri üçün faizlər aşağı salınmalıdır. Çünki, onlar toplanan hər vəsait üçün faiz ödəyirlər. Biz sevinirik ki, bu gün əmanətlər üzrə faizlər artıq 1 dərəcəlidir ki, bu da aşağı xərclər deməkdir”.

Mlli Bank sədri qeyd edib ki, artıq biznes kreditləri üzrə faizlər də 10.8-10.9 faiz dərəcələrindədir: “Bu da Duch Bankın faiz dərəcələrinə yaxındır. Ümid edirəm ki, yaxın gələcəkdə biznes krediltəri üzrə faiz dərəcələri bir rəqəmli olacaq”.

salamnews.org

Son xəbərlər
Digər xəbərlər