Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti “Fərhad” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Qazax rayonunun Xanlıqlar ,Kəmərli, Aslanbəyli, Qaymaqlı və II Şıxlı kəndlərinin əkin sahələrinin su ilə təmin etmək məqsədilə su-nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası (II Şıxlı) nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 2 425 000 manatdır.
Bildirək ki, “Fərhad” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Sahib Babayevdir.