24 C
Baku
Friday, October 4, 2024

Azərbaycanda 5 bankın “kassası”ndakı vəsaitlər kəskin artıb (dinamika)

Azərbaycanda bir çox bankların aktivlərindəki nağd vəsaitlər azalsa da, 10 bankda (bunlardan 5-də daha kəskin artım var) bu rəqəm artıma doğru gedib.

Banker.az bildirir ki, bankların nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri ilin əvvəli ilə müqayisədə 3-cü rübün sonuna ən çox artım “Rabitəbank”da qeydə alınıb. Bu bankın “kassasın”da ilin əvvəlində 126.95 mln. manat nağd vəsaiti 288.77 mln. manata qədər artıb ki, bu iki qatdan da çox artım deməkdir. İkinci sırada “Bank of Baku” 109% artım və üçüncü sırada isə “Turan Bank” 66% artımla renkinqdə yer tuturlar.

  • 2020-ci ilin əvvəli ilə müqayisədə 3-cü rübün sonu üzrə artma dinamikası345787
Son xəbərlər
Digər xəbərlər