10 C
Baku
Friday, December 13, 2024

Problemli kreditlərlə bağlı yayılan məlumatlar doğru deyil – Mərkəzi Bankın sədri

“Problemli kreditlərin artması ilə bağlı yayılan məlumatlar doğru deyil”.

Bunu jurnalistlərə açıqlamasında, Azərbaycan Milli Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda problemli kreditlər ümumi potfeldən 6 faiz aşağıdır: “Bunların 80 faizi üzrə banklarda ehtiyatlar yaradılıb. Bu başqa ölkələrlə müqayisədə çox aşağıdır. Təbii ki, portfelin strukturunda dəyişikliklər baş verir. Belə ki, istehlak kreditləri üzrə problemli kreditlər daha yüksəkdir. Ancaq banklarda ehtiyat fond olduğu üçün, bu ciddi poblem yaratmır”.

SalamNews

Son xəbərlər
Digər xəbərlər