Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi “Maskat-LM” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Türkiyə bayraqlarının (0.70*1.05) alışı nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği 46 min 500 manatdır.
Bildirək ki, “Maskat-LM” MMC bu ilin iyul ayında yaradılıb. Bu şirkətin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Fərid Əliyevdir.
Şirkət Bakı şəhəri, Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 ünvanında fəaliyyət göstərir.