İngiltərənin “Bentley” şirkəti daxili yanma mühərrikli avtomobillərin istehsalını tamamilə dayandırmağı və elektrikli mühərrikli modellərin istehsalına keçməyi planlaşdırır.
Banker.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Qeyd edildiyi kimi, elektrikli avtomobillərin istehsalına keçid mərhələli şəkildə baş verəcək. Belə ki, 2021-ci ildə bazara yalnız iki hibrid avtomobilin çıxarılması gözlənilir.
Xatırladaq ki, oktyabrın 8-də “Bentley”in yenilənmiş Bentayga modelini təqdim edib. Avtomobilin xarici görünüşü markanın yeni üslubunda hazırlanıb.