10 C
Baku
Friday, December 13, 2024

Nazirlər Kabinetindən xüsusi karantin rejmi ilə bağlı qərar

“Xüsusi karantinrejimi iləbağlıəlavə tədbirlərbarədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il12 sentyabr tarixli .336 nömrəli Qərarındadəyişiklik edilməsi haqqınd Baş  nazir sənəd imzalayıb.

Sənəddə deyilir,

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin2020-ci il 28 fevral tarixli 73-1 nömrəliQərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetiqərara alır:

1.“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin2020-ci il 12 sentyabr tarixli 336 nömrəliQərarında aşağıdakı dəyişikliklər edilsin:1.1. 1.1-ci bəndə “ərazisində” sözündən sonra “(bu Qərarın 1.2-ci və 1.3-cü bəndləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;1.2. 1.1.2-1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:“1.1.2-1. operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Mingəçevir,Şəki, Lənkəran şəhərlərinin, Ağstafa, Qax, Zaqatala,Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba vəXaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxışın dayandırılması;”; 1.3. 1.1.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

1.1.15.Gəncə, Yevlax, Mingəçevir, Şirvan şəhərlərinin, Göygöl, Samux, Sabirabad, Ağstafa rayonlarının inzibati ərazisində 7noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək, 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək, 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək və 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması.”;

1.4. aşağıdakı məzmunda

1.3-cü bənd əlavə edilsin:

“1.3.Bu Qərarın1.1-ci bəndindəgöstərilənlərləyanaşı, sərtləş-dirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində 2020-ci il23 noyabr saat 06:00-dəkbu Qərarın əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyət dayandırılır.”

Son xəbərlər
Digər xəbərlər