9 C
Baku
Thursday, December 12, 2024

Çinin 400 ən varlı adamının varidatı pandemiya dövründə 64% artıb

Koronavirus pandemiyasına baxmayaraq, Çinin 400 ən zəngin adamının sərvəti 64%, 1,29 trilyon dollardan 2,11 dollara artıb.

Banker.az xəbər verir ki, bu barədə “American Forbes” yazıb. Qeyd edildiyi kimi, bunun əsas səbəbi elektron ticarət, texnoloji IPO və səhiyyə sahələrində baş verənlər olub.

“Forbes” bildirir ki, ümumi sərvətdəki sıçrayış, Çini ABŞ-ı keçməyə və milyarderlərin sayına görə ən yaxşı ölkəyə çevrilməyə sürükləyir. Əgər ən zəngin çinlilərin varidatı 820 milyard dollar böyüdüyü halda, ABŞ-da artım cəmi 240 milyard dollar təşkil edib. Çin reytinqinə 68, Amerika reytinqinə isə 18 yeni milyarder daxil olub.

Təəccüblü deyil ki, Çinin ən zəngin adamları reytinqdə “Alibaba” reteylerin təsisçisi Cek Ma liderlik edir – onun sərvəti 72% artaraq 63,5 milyard dollara çatıb. Hesablamalar səhmlərin dəyəri və mübadilə məzənnəsi əsasında aparılıb.

İkinci yerdə “WeChat” messencerinin sahibi, “Tencent” şirkətinin baş direktoru Ma Hauten tutur. Onun sərvəti 53% artaraq 55,2 milyard dollara çatıb. Butulkalaşdırılmış su istehsal edən “Nongfu Spring” şirkətinin idarəçisi Zhun Shanshan üçüncü yerdədir – onun varidatı 57 milyard dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər