2 C
Baku
Saturday, December 14, 2024

Elman Rüstəmov: “Dünya iqtisadiyyatında ziddiyətli proseslər gedir” Açıqlama

“Mən 5 məsələ haqqında fikirlərini sizlər üçün çatdıracam. Biznes icması üçün çox maraqlıdır ki, dünya iqtisadiyyatında nələr baş verir. Burada nə proseslər gedir.

Buradan Azərbaycan üçün ortaya çıxan risklər və imkanlar nədən ibarətdir. Çin dilində risk sözü həm “risk” həm də “imkan”la eyni heroqlifi daşımaqdadır. Azərbaycan üçün risklər və imkanlar çox mühüm əhəmiyyət kəsb edir”. Bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Caspian European Club-un təşkilatçılığı ilə keçirilən biznes forumunda deyib.

Onun sözlərinə görə, dünyada neftin qiymətində düşüş tez-tez müşahidə edilir: “Ölkəmizin keçən il tədiyyə balansının toplam dövriyyəsi 37 milyard Amerika Birləşmiş Ştatları dolları təşkil edirdi. Dünya iqtisadiyyatında çox ziddiyətli proseslər gedir. Bilirik ki, 2008-ci ildə baş vermiş qlobal böhranın müəyyən təsirləri hələ də davam edir. Dünyada iqtisadi artımın bərpası zəif gedir. Xüsusilə də bu regionlar üzrə böyük qruplar arasında şahidi olmuşuq. Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatında canlanmanın şahid olduq, lakin bu canlanma olduqca zəifdir. Amma Avropa iqtisadiyyatının qalan hissədində biz görürük ki, inkişaf çox zəifdir, hətta son rübdə bir çox dövlətin iqtisadi artımı sıfıra yaxınlaşıb. Xüsusilə də cənub hissəsində olan problemlər davam etməkdədir. Əgər inkişaf etməkdə olan ölkələri götürsək, burada iqtisadi artım kifayət qədər yüksəkdir. Lakin, onlar böhrandan əvvəlki səviyyədən aşağıdır. Burada da görürük ki, təbii olaraq iqtisadi artım azalır. Bu da qlobal ticarətin və artımın səngiməsinə gətirib çıxarır. Buradan da çıxan önə problemlər var, xüsusilə də işsizlik problemini mən bu ölkələrdə qeyd etmək istəyirəm”.

Gələn il üçün də iqtisadi proqnozlardan danışan Elman Rüstəmov iqtisadi islahatdan söhbət açdı: “Gələn il üçün proqnozlara baxışda aşağıya doğru pessimist fikir yarandı. Biz görürük ki, dünyada böhrandan sonra yaranmış yeni vəziyyət yenidən balanslaşma prosesləri çox ağrılı gedir. Düzdür inkişaf etməkdə olan ölkələr əhəmiyyətli nəticələrə nail oldu, lakin bu bütövlükdə iqtisadi aktivliyin nisbətən azalmasına gətirib çıxartdı. Pul kreditsiyası və yumşaq monetar siyasət isə büdcədən gələn azalma meyillərini tam bərpa etmək iktidarında deyil. Burada struktur problemləri var və inkişaf etməkdə olan dövlətlər qarşısında islahatlar proqramı var. Onlar bundan nə dərəcədə müvəffəqiyyətli olacaqlarsa görürük ki, iqtisadi canlanma da məhz bundan asılı olacaqdır”.

Sia.az

Son xəbərlər
Digər xəbərlər