“NBCBank” ASC olaraq bildiririk ki, “NBCBank” Açıq Səhmdar Cəmiyyəti 2004-cü ildən “Azərikard” MMC ilə və 2006-cı ildən isə Azərbaycan Beynəlxalq Bankı ilə bank əməliyyatları, o cümlədən VISA, Master Card və digər plastik kartların dövriyyəsi ilə bağlı uğurla əməkdaşlıq edir. Qeyd etmək istəyirik ki, həm Azərbaycan Beynəlxalq Bankı, həm də “Azərikard” MMC ilə əməkdaşlığımız bu gün də ən yüksək səviyyədə davam etdirilir və indiyədək aramızda heç bir problem yaranmayıb.