9 C
Baku
Thursday, December 12, 2024

Baş Prokurorluqda Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı araşdırmalara başlanılıb

9 noyabr tarixində saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılmış, nəticəsindən asılı olaraq qanuni və obyektiv qərarın qəbul edilməsi təmin ediləcəkdir.

Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu öz dərin təəssüfünü bildirməklə, həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyir.

Son xəbərlər
Digər xəbərlər