19 C
Baku
Saturday, October 12, 2024

Azərbaycanda yeni aqropark yaradılır

Ölkədə yeni aqropark yaradılır.

Banker.az xəbər verir ki, “Azərişıq” ASC Şəki və Oğuz rayonları ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi və elektrik təchizatı (Şəki ərazisi üzrə) işlərinin satın alınması üzrə təkliflər sorğusu həyata keçirir.

Təkliflər sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 130 ünvanına (telefon: +99412 440-39-93; əlaqələndirici şəxs: Namiq Heybətov-daxili: 92-19) müraciət edə bilərlər.

Müqaviləni yerinə yetirmək üçün təkliflər sorğusu üzrə iddiaçılar lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar.

Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 19 noyabr 2020-ci il saat 15:00-dək qəbul olunur. İddiaçılar tərəfindən imzalanıb möhürlənmiş təkliflər sorğusu təklifi ikiqat zərfə qoyularaq aşağıdakı ünvana təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 20 noyabr 2020-ci il saat 16:00-da AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 130 ünvanında açılacaqdır. İştirakçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər