Saat 15:08 /Birjalarda Brent markalı xam neftin qiyməti daha 1.54 dollar (3.53%) bahalaşmaqla 45.15 dollara qədər yüksəlib. Bu isə cari ilin sentyabr ayınının əvvəlindən ən yüksək həddir.
Saat 09:57/
Peyvənd xəbərinin ardından neft qiymətləri canlanır – iki ayın zirvəsində
“Pfizer” və “BioNTech” tərəfindən hazırlanan COVI-19 epidemiyasına qarşı peyvəndin artıq tətbiqinin mümkün olması xəbəri ardından neftin qiyməti son 68 günün zirvəsinə yüksəldib.
Londonun ICE qitələrarası fond birjasında Brent markalı xam neftin bir bareli 2021-ci ilin yanvar fyuçerslərində 44.01 dollara satılıb (Bak.vax.:09:35). Bu isə sessiya ərzində 0.40 dollar, yəni, 0.92% artım deməkdir. Brentin qiyməti sonuncu dəfə 44.06 dollar olaraq, sentyabr ayının 3-də qeydə alınmışdı.
Amerika nefti də 0.99% bahalaşıb. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI-ın qiyməti dekabr fyuçersində 41.77 dollar olmuşdur.
Ekspertlər düşünür ki, peyvənd təsirli olsa belə, təsdiqlənməsi və istifadəyə verilməsi bir az vaxt aparacaq. Lakin, iqtisadiyyatların aktivliyinin bərpası neftə olan təlabatı da əvvəlki həcmə qədər artıra bilər.
Lakin, “JPMorgan” qlobal neft tələbatının 2021-ci ilin sonuna qədər virusdan əvvəlki səviyyələrə qayıtmayacağını proqnozlaşdırır.