“Dəqiq uçot aparılandan sonra şəhid ailələrinə mənzillərin, evlərin verilməsi təmin ediləcək”.
Bunu Prezident İlham Əliyev həftənin çərşənbə günü 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdə deyib.
“Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcək: “Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Biz növbədə dayanan əksər şəhid ailələrimizin məişət problemlərini demək olar ki, həll etdik. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək”.