19 C
Baku
Sunday, October 13, 2024

Rusiyanın nümayəndə heyəti sabah Türkiyəyə gedəcək

Rusiya nümayəndə heyəti Dağlıq Qarabağda ortaq nəzarət mərkəzinin yaradılmasını müzakirə etmək üçün 13 noyabrda Türkiyəyə səfər edəcək. Bunu cümə axşamı Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Bakıda keçirdiyi mətbuat konfransında söyləyib.

Banker.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.

“Biz Rusiyanın xarici məsələlər üzrə mövqeyini əhəmiyyətli hesab edirik. Cümə günü Rusiyadan Türkiyəyə nümayəndə heyəti gələcək və görüş zamanı Dağlıq Qarabağ zonasında ortaq nəzarət mərkəzinin yaradılmasının detalları müzakirə ediləcək”, – Çavuşoğlu qeyd edib.

Son xəbərlər
Digər xəbərlər