8 C
Baku
Friday, December 13, 2024

Bu il şəhid ailələri və müharibə əlilləri 1500 mənzil və fərdi evlərlə təmin olunacaqlar

Bu il 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi işləri aparılır.

Banker.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Nazir Sahil Babayev bildirib ki, bu mənzillərdən böyük əksəriyyəti artıq verilib və proses davam edir. Vətən müharibəsində şəhid olmuş insanların ailələrinin və bu müharibədə əlilliyə məruz qalmış şəxslərin də Prezidentin tapşırığına əsasən mənzil və fərdi evlərlə, habelə müharibə əlillərinin avtomobillə təminat proqramları həyata keçiriləcək.

Həmçinin, erməni terrorundan zərər çəkmiş mülki şəxslərlə bağlı digər istiqamətlər üzrə yeni sosial dəstək tədbirlərinin həyata keçirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

Son xəbərlər
Digər xəbərlər