7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın xariclə ticarətindəki müsbət saldo $2.2 milyarda enib

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 107 ölkəyə məhsul ixrac olunmuş, 167 ölkədən idxal olub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 17 830.3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 10 006.8 milyon dollarını və ya 56.1%-i ölkədən ixrac olunmuş məhsulların, 7 823.5 milyon dollarını (43.9%-i) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə, 2 183.3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. Qeyd edək ki, öncəki ayda müsbət saldo 2 286.8 milyon dollar idi.

2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 28.2%, real ifadədə 22.0%, o cümlədən idxal 38.7%, ixrac isə 10.0% azalıb.

2020-ci ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 9.2%, real ifadədə isə 18.2% azalaraq 1 282.4 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 29.5%-i İtaliyaya, 19.9%-i Türkiyəyə, 4.7%-i Rusiyaya, 4.1%-i Yunanıstana, 4.0%-i Çinə, 3.9%-i Hindistana, 3.6%-i İsrailə, hər biri 3.5% olmaqla Xorvatiya və Gürcüstana, 2.7%-i Ukraynaya, 2.6%-i İspaniyaya, 2.0%-i Almaniyaya, 1.8%-i Çexiyaya, hər biri 1.6% olmaqla Tunis və İsveçrəyə, 11.0%-i isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37.9%), Türkiyəyə (19.6%), İsveçrəyə (12.9%), Gürcüstana (7.8%), Çinə (2.6%), Ukraynaya (2.3%), İtaliyaya (1.8%), İrana (1.6%), Qazaxıstana (1.5%), Belarusa (1.0%), ABŞ-a (0.9%), Türkmənistana (0.9%),  Almaniyaya (0.9%) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18.4%-i Rusiya, 14.4%-i Türkiyə, 13.0%-i Çin, 6.7%-i ABŞ, 5.3%-i Almaniya, 4.2%-i Fransa, 4.0%-i Ukrayna, 3.9%-i İtaliya, 2.8%-i Birləşmiş Krallıq, 2.7%-i İran, 1.9%-i Yaponiya, 1.7%-i Koreya, 21.0%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2020-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 5.7%, kartof – 31.8%, meyvə və tərəvəz şirələri – 13.8%, bitki yağları – 48.4%, meyvə və tərəvəz konservləri – 6.2%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 19.0%, pambıq lifi – 2.5%, polietilen – 23.9%, qara metallardan borular – 1.9 dəfə, bentonit gili – 1.3% artmış, təzə meyvə ixracı isə 13.3%, şəkər – 45.2%, tütün – 27.7%, çay – 7.4%, təbii üzüm şərabları və üzüm suslosu – 58.5%, emal olunmamış alüminium – 23.8%, pambıq ipliyi – 37.4%, qara metallardan yarımfabrikatlar – 66.7% azalıb.

2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2020-ci ilin yanvar-sentyabr aylarında təzə meyvə idxalı 14.7%, xam şəkər və şəkər – 2.0%, kərə yağı, digər süd yağları və pastaları – 29.2%, çay – 4.5%, mal əti – 18.8%, təzə tərəvəz – 32.3%, minik avtomobilləri – 29.5%, dərman vasitələri – 53.4%, hesablama maşınları, blok və qurğuları – 26.3%, qara metallardan çubuqlar – 1.8 dəfə artmış, buğda idxalı isə 13.0%, bitki yağları – 0.2%, kartof – 4.6%, quş əti və onun əlavə məhsulları – 16.5%, siqaretlər – 77.2%, qara metallardan borular – 16.1%, polad prokatı – 6.6%, mineral gübrələr – 6.2%, rezin şinlər – 19.1%, mebellər – 25.2%, yük avtomobilləri – 8.5%, məişət kondisionerləri – 31.5%, polietilen – 26.0%, paltaryuyan maşınlar – 5.5%, qara metallardan künclüklər – 9.9%, avtobuslar – 65.2%, məişət soyuducuları – 0.2%, sement və sement klinkerləri – 29.7% azalıb.

Son xəbərlər
Digər xəbərlər