16 C
Baku
Monday, October 14, 2024

“Azərbaycan İnvestisiya Şirkəti” 24 min manata yeni loqo və veb saytını dizayn etdirəcək

“Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyət elan etdiyi tenderin qalibini açıqlayıb.

Banker.az xəbər verir ki, qalib şirkət “Safaroff CA” MMC-dir və bu şirkətlə müqavilə bağlanıb.

Müqavilədə “Azərbaycan İnvestisiya Şirkəti” ASC üçün yeni loqonun və veb saytın dizayn edilməsi, hazırlanması işlərinin, həmçinin hostinq xidmətinin satınalınması nəzərdə tutulur.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC üçün yeni loqonun və veb saytın dizayn edilməsi işləri üçün “Safaroff CA” MMC-yə 24 min 190 manat ödəyəcək.

Bildirək ki, “Safaroff CA” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Aqşin Xalikovdur.

 

Son xəbərlər
Digər xəbərlər