Noyabrın 11-də Çində qeyd edilmiş Subaylar Günü münasibətilə dünya boyu sayca 12-ci dəfə keçirilən endirimli satışlar festivalı nəticəsində “Alibaba” və “JD.com” onlayn ticarət portalları satış rekordu əldə ediblər.
Noyabr ayının 1-dən 11-dək keçirilən endirimli satışlar nəticəsində “Alibaba” 498,2 milyard yuan, yəni 74,1 milyard ABŞ dolları həcmində GMV (gross merchandise value – ümumi ticarət dəyəri) göstəricisi əldə edib. Şirkətdən verilən məlumata görə bu il satışlarda aralarında 31,7 min əcnəbi olmaq şərtilə 250 mindən artıq brend və 5 milyon dükan iştirak edib. O cümlədən 474 brend 100 milyon yuan və daha artıq satış həcminə nail olub. Ən qızğın dövrlərdə hər saniyə 583 minədək sifariş verilir.
“JD” isə sözügedən günlər ərzində 271,5 milyard yuan (41 milyard dollara yaxın) GMV əldə etdiklərini bildirib.
Qeyd edək ki, “Alibaba” ilk satış festivalını 27 şirkətin iştirakı ilə 2009-cu ildə elektron ticarətin əhəmiyyətinə diqqət cəlb etmək məqsədilə keçirmişdi. Ötən müddət ərzində bu festivalı dünyanın ən böyük endirimli satışlar kampaniyasına çevrilərək ABŞ-dakı “qara cümə” və “kiber bazar ertəsi”nin birgə göstəricilərini üstələyib. İndiyədək “Alibaba”nın festivalı yalnız 11 noyabr tarixində 24 saat ərzində keçirilirdisə, bu il koronavirus pandemiyası dövründə istehlaka təkan vermək üçün 1-11 noyabr tarixlərində müəyyən edilən saatlarda keçirildi.