Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Publik Hüquqi Şəxsi ilə “Lotus Co” şirkəti ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə maşın və avadanlıqların satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 2 206 611 manatdır.
Qeyd edək ki, “Lotus Co” QSC 2017-ci ildə yaradılıb və 2 010 manat nizamnamə kapitalına malikdir. Şirkətin rəhbəri isə Seymur Cəfərovdur.