10 C
Baku
Thursday, December 12, 2024

Zaxarova: “Rusiyanın Qoşulmama Hərəkatında müşahidəçi statusunu alması üçün Azərbaycanla sıx təmasdayıq”

“Rusiyanın Qoşulmama Hərəkatında müşahidəçi statusunu alması məsələsi üzərində Hərəkatın hazırkı sədri Azərbaycanla sıx təmasda işləyirik”.

Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, son illər Rusiyanın Qoşulmama Hərəkatı ilə olduqca sıx təmasları yaranıb: “Buna hər şeydən öncə Rusiyanın və Qoşulmama Hərəkatına üzv dövlətlərin beynəlxalq gündəmdə duran məsələlərlə bağlı yanaşmalarının yaxınlığı və üst-üstə düşməsi yardım edib. Bu fonda Rusiyanın statusunun yüksəldilməsi məntiqi təşəbbüs kimi təqdim olunur və onun həyata keçirilməsinin Hərəkatın nizamnamə sənədlərində nəzərdə tutulmuş bir sıra təşkilati və prosedur tələblərinin yerinə yetirilməsi ilə əlaqəli olduğu aydındır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər