“Azər-Türk Bank” ASC-nin adi sənədsiz adlı səhmlərinin “Bakı Fond Birjası” QSC-də (BFB) 03 Noyabr 2014-cü il tarixindən etibarən yerləşdirilməsinə başlanılması nəzərdə tutulur
Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, emissiyanın həcmi 36 552 682 AZN-dir.
Hər birinin nominal dəyəri 1 AZN olan 36 552 682 ədəd səhm buraxılıb. Qeyd edək ki, yerləşdirmənin son tarixi 14.11.2014-cü il təyin edilib.
Yerləşdirmənin anderrayteri “İnvestAZ” MMC-dir.