14 C
Baku
Tuesday, October 15, 2024

Azərbaycan Ermənistanın vurduğu ziyanın qiymətləndirilməsində Dünya Bankı və BMT-nin təcrübəsinə müraciət edəcək

“Hər bir zərərin qiymətləndirilməsi prosesində metodologiya çox vacibdir. Zərərin qiymətləndirilməsində beynəlxalq təşkilatların təcrübəsinə müraciət edilməsi nəzərdə tutulur”.

Bunu bu gün 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasına həsr olunmuş brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hacıyev deyib ki, bu məsələdə Dünya Bankı və BMT-nin ixtisaslaşmış qurumlarının geniş təcrübəsi var: “İş prosesində onların təcrübəsinə də müraciət ediləcək. Beynəlxalq təşkilatlarla əməkdaşlığımız çərçivəsində bu məsələyə də baxılacaq”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər