10 C
Baku
Thursday, December 12, 2024

Fyuçerslərdə neft bahalaşıb

BANKER.AZ/ OPEC+ alyansının COVID-19 epidemiyasına yoluxmasının artması səbindən neftə olan təlabatın zəifləyəcəyi qənaəti ilə hasilatdakı kvotanın (azaldılmış) dəyişməz qalması üçün qərarın gözlənilməsi Bazar ertəsi neftin qiymətini bir qədər artırıb.

2021-ci ilin yanvar fyuçerslərində Brent markalı xam neftin bir bareli sessiya ərzində  49 sent, yəni, 1.15% artımla 43.27 dollara yüksəlib.

Dekabr fyuçersləri isə Amerikanın WTI xam neftini Nyu-York birjasında 40.70 dollara alıblar. Bu isə sessiya ərzində bir bareldə 57 sent (1.42%) bahalaşma deməkdir.

Dünyanın ikinci və üçüncü ən böyük iqtisadiyyatı olan Çin və Yaponiyada “qara qızıla”a olan tələbatın mühüm dərəcədə olması qiymətləri sabit saxlamaqda əsas köməkçidir.

Ötən həftə iki şirkətin COVID-19 üçün vaksinlərin işə yaraması xəbərindən sonra neftin qiyməti sentyabr ayında olan 45 dollar/barel səviyyəsinə qədər yüksəlmişdi.

OPEC və onunla qiymət sabitliyini təmin etmək istəyən alyanslar neft hasilatlarını günlük 7.7 mln. barel endiriblər. Oktyabrda bu öhdəliyə alyans 101% əməl edib. Hasilatın yanvardan bu tərəfə günlük 2 mln. barel azaltmaq deməkdir.

Eyni ilə Azərbaycanda OPEC+ alyansının iştirakçısıdır. Ölkəmiz normalda 718 min günlük hasilatı olduğu halda, 131 min barel azaldaraq neftin qiymətinin sabit qalması üçün nəzərdə tutulan bu kampaniyanın iştirakçısına çevrilib. Hasil etdiyimiz hazırkı neftin hazırkı həcmi günlük 675.2 min barel təşkil edir.

Son xəbərlər
Digər xəbərlər