6 C
Baku
Sunday, December 15, 2024

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR. 

Beynəlxalq valyuta birjalarında Korona böhranı fonunda cari il ərzində 5% dəyər itirən dolların aparıcı valyutalara nisbətən orta qiyməti, keçən həftə ərzində Korona peyvəndinin sınaqlardan uğurla keçməsinə dair xəbərlərin yayılmasından sonra 1% bahalaşmışdır. 

Lakin FED üzvlərinin iqtisadi ehtimallar ilə bağlı mənfi açıqlamarından sonra Amerika iqtisadiyyatı fonunda nikbinlik aşırı qiymətləndirilmiş və dollar yenidən ucuzlaşır. 

Bu, özünü EURUSD məzənnəsinin bahalaşmasında da göstərir və təhlillərə əsasən, 1.1853$-ın üzərində möhkəmlənərsə, 1.20$-a kimi də bahalaşa bilər. 

Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da dərc ediləcək Avrozonanın inflyasiya göstəriciləri və AMB sədrinin çıxışı da investorların diqqət mərkəzində olacaqdır. 

GBP. 

Eyni mənzərə GBPUSD məzənnəsində də müşahidə edilir və 1.3234$-ın üzərində qalan məzənnənin 1.3376$-a kimi də bahalaşacağı proqnozlaşdırılır. 

Çərşənbə günü saat 11:00-da İngiltərədən də inflyasiya məlumatları yayımlanacaqdır. Breksit ticarət sazişi müzakirələrinə dair açıqlamalar da önəmli rol oynayır. 

Qeyd etmək lazımdır ki, bazar günü İngiltərənin Breksit baş məsləhətçisi Deyvid Frostun Tvitter hesabı ilə AB ilə danışıqlarda müsbət irəliləyişlərin olduğunu yazması və  Böyük Britaniya kral taxtının varisi şahzadə Çarlzın Almaniya parlamentində münasibətlərin möhkəm olmasının önəmliyindən danışması, son günlər Breksit sazişinə dair nikbinliyi də artırıb. 

TRY. 

Türkiyə Mərkəzi Bank (TCMB) sədrinin dəyişməsindən və beləliklə, maliyyə bazarlarında bankın 15%-ə kimi faiz artımına gedəcəyi ehtimallarının artması, lirənin bahalaşmasına səbəb olmuşdur. 

Hazırda 7.70TL ətrafında dalğalanan USDTRY məzənnəsinin gələcək trendi, TCMB-nin faiz qərarının proqnozlaşdırılanın üzərində və ya altında reallaşmasından asılı olacaqdır. 

TCMB 15%-dən çox artırarsa və gələcəyə dair daha nikbin açıqlamalar verərsə, lirədə bahalaşma 7.20TL-yə kimi davam edə bilər. 

OIL. 

Korona peyvəndinə dair müsbət xəbərlərin yayılmasından sonra Avropanın Brent nefti 45$-a kimi dəyər qazandıqdan sonra yenidən ucuzlaşıb. Buna səbəb Amerikanın neft ehtiyatlarında sürpriz artım göstəriciləri olmuşdur. Hazırda dolların ucuzlaşmasından dəstək görən Brent neftinin gələcək günlər ərzində 42 – 44$ aralığında dalğalanacağı ehtimal edilir. 

Çərşənbə günü saat 19:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir. 

GOLD. 

Qlobal iqtisadi risklərin artması, əlvan metallar bazarlarında da güvənli liman maliyyə aləti kimi qızılın da dəyər qazanmasına səbəb olmaqdadır. Dolların ucuzlaşması ilə daha da dəstək görən bir unsiya üzrə qiymət, 1880$-ın (60.4 $/qram) üzərində qaldıqca, 1921$-a (61.8 $/qram) kimi dəyər qazana bilər. 

 

Son xəbərlər
Digər xəbərlər