Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti iki şirkətlə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bu şirkətlər “Me.Ga.An” Məhdud Məsuliyyətli Cəmiyyət və “Azeli Textil” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
DSX “Me.Ga.An” Məhdud Məsuliyyətli Cəmiyyət-dən hərbi qulluqçular üçün 572 min manatlıq ayaqqabı, “Azeli Textil” MMC-dən isə 329 min 397 manat məbləğində zabit və gizir heyəti üçün baş geyimləri alıb.
2 müqavilənin ümumi məbləği isə 901 min 397 manatdır.